• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank tərəfindən “Tədiyə balansı” haqqında animasiya hazırlanmışdır

Mərkəzi Bank tərəfindən “Tədiyə balansı” haqqında animasiya hazırlanmışdır
21.05.2019 11:12
Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirlərin dəstəklənməsini cari ildə də davam etdirir.

Maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsinə yönəlmiş bu tədbirlərin əhatəliliyini təmin etmək üçün müasir intellektual vasitələrdən istifadə olunur. Buna uyğun olaraq, Mərkəzi Bankın əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi öz elektron resursu - "Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni "Tədiyə balansı” haqqında animasiya yerləşdirmişdir. Müxtəlif hədəf qrupların maarifləndirilməsi məqsədilə hazırlanmış animasiyada nümunələr əsasında müəssisə, təşkilat və ailələrin il ərzində xarici ölkələrlə apardığı iqtisadi əməliyyatların uçota alındığı tədiyə balansı haqqında məlumatlar verilir.

 Keçid linki: https://bizimpullar.az/video-126 olan animasiyanın hazırlanmasında əsas məqsəd tədiyə balansı anlayışını izah etməklə, onun strukturu və formalaşması barədə hədəf qruplarını məlumatlandırmaq və bu sahədə savadlılığı artırmaqdır.

Mərkəzi Bank tərəfindən istehlakçıların maliyyə savadlılığının artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə və təbliğat-təşviqat tədbirləri ilə yanaşı "Maliyyə savadlılığı” portalının məzmunu da mütəmadi zənginləşdirilir. Portal vasitəsilə iqtisadiyyat, xüsusilə də maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol