• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank MDB-nin “Ən İnnovativ Bankları” siyahısındadır

Unibank MDB-nin “Ən İnnovativ Bankları” siyahısındadır
24.05.2019 14:13
Unibank Beynəlxalq konfransda MDB məkanının Ən İnnovativ Banklarından biri seçilib. Bu məlumat Gürcüstan paytaxtında keçirilən "Beşinci KOS Bank Klubunun Konfransı- 2019”da elan edilib və Unibank nümayəndəsinə bununla bağlı sertifikat təqdim edilib. 
 
MDB-nin aparıcı banklarının iştirak etdiyi beynəlxalq konfransda "Unibank”ın Azərbaycan bank bazarı üçün bir ilk olan korporativ müştərilərə onlayn kredit xidməti böyük diqqət çəkib. "Unibank” KB ASC-nin Korporativ biznes üzrə Baş inzibatçısının müavini Samir Mustafayev, konfransda onlayn biznes krediti ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimat MDB-nin nüfuzlu banklarının rəhbər şəxslərinin qatıldığı konfrans iştirakçıları tərəfindən maraqlı müzakirələrə səbəb olub. Samir Mustafayev bildirib ki, bu xidmət müştəriyə özünə aid olan məbləği İnternet Banking-də ayrıca bir sütunda görmək və istənilən vaxt o məbləğdən istifadə etmək imkanı verir. Bunu etmək üçün o, sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə müqavilələri imzalayır və bank kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri cari hesabına pulu qəbul edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir. Unibank bu il onlayn kreditləşmənin daha da inkişafına xüsusi diqqət yetirəcək. Tezliklə müştərilər İB vasitəsilə həm də böyük məbləğdə kredit xətlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, KOS Bank Klubunun Konfransı kiçik və orta biznes ekspertlərini, bu seqmentin dünyada aktual trend və innovasiyaların müzakirəsi üçün bir yerə yığıb. İki günlük tədbir ərzində onlayn kreditləşmə praktikası, POS-terminallardan onlayn kassalara, influenserlərin kampaniyaların effektivliyinə təsiri, kiçik bizneslər üçün veb portallar, effektiv korporativ bloqlar, kiçik biznesə qeyri-maddi dəstək üçün ən yaxşı proqramlar və digər mövzular müzakirə olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol