• $
  • €
  • ₽
  • ₺
  • £

“Qala Sığorta” böyüyür – şirkətin daha bir regional NÜMAYƏNDƏLİYİ AÇILDI

“Qala Sığorta” böyüyür – şirkətin daha bir regional NÜMAYƏNDƏLİYİ AÇILDI
27.05.2019 14:32
"Qala Sığorta” şirkəti müştərilərə göstərilən xidmətin keyifiyyətini daha da artırmaq, eləcə də müşərilərin rahatlığını düşünərək bu dəfə daha bir regional nümayəndəliyinin - Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən nümayəndəliyinin rəsmi açılışını qeyd edib.
 
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, nümayəndəliyin açılmasında əsas məqsəd Bərdə və digər ətraf rayonun sakinlərinə "Qala Sığorta” ilə yanaşı "Qala Həyat” sığorta şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.
 
"Qala Sığorta” şirkətinin rəsmiləri açılışda çıxış edərək bildiriblər ki, şirkət nümayəndəlik və filial şəbəkələri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Bərdə və ona qonşu rayonların əhalisi yeni  nümayəndəliyə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.
 
Bildirilib ki, məqsəd ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.
 
Qeyd edək ki, ötən ilin əvvəlindən indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz nümayəndəliklərinin, həmçinin Bakıda "Mərkəz filialı”nın rəsmi açılışları olub.
 
Şirkətin strategiyasına uyğun olaraq, ilin sonunadək müxətlif regionlarda daha bir neçə nümayəndəliyin açılışını planlaşdırılır.
 
Qeyd edək ki, açılış mərasimidə şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı digər qonaqlar da iştirak edib.   
 
Xatırladaq ki, yeganə səhmdarı "AzRe Təkrarsığorta” ASC olan "Qala Sığorta” şirkəti
müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol