• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”dan növbəti bir İLK!

“Bank Respublika”dan növbəti bir İLK!
12.06.2019 15:49
Azərbaycanın ən iri banklarından biri olan Bank Respublika, 11 iyun tarixində Hilton otelində yeni innovativ məhsulu olan - Mastercard Paypass Sticker-nin təqdimat mərasimini keçirdi.
 
Anews.az xəbər verir ki, tədbirdə kiçik və orta sahibkarlığın 150-dən çox nümayəndəsi, eləcə də bankın müştəriləri iştirak etdilər.
Paypass Sticker - MasterCard PayPass kartlarının kompakt analoqu kimi xidmət göstərən innovativ bir məhsuldur. İndi bu stiker vasitəsilə müştərilər bir toxunuşla rahat, asanlıqla və təhlükəsiz bir şəkildə ödəniş edə biləcəklər. Stikeri POS terminal yaxınlaşdlrmaq kifayət edir ki, ödəniş yerinə yetirilsin. Stiker-kartın üstünlüyü ondan ibarətdir ki, onu müştəriyə rahat olan istənilən əşya üzərinə yapışdırmaq olar, məsələn, telefon, çanta və ya cüzdan üzərinə. 50 manata qədər alışlar üçün ödəniş etdikdə PİN-kodu daxil etmək tələb olunmur. Stiker ayrıca və ya mövcud kart hesabına bağlı verilə bilər.

"Məhsullarımızın ən qabaqcıl texnologiyalara uyğun olması bizim üçün çox önəmlidir. MasterCard PayPass bir toxunuşla ödəniş texnologiyası qeyri-nağd ödənişlər dönəminə bir yenilik gətirdi, çünki onun yaranması ilə bank kartının yalnız ödəniş vasitəsi kimi olması faktı ortadan qalxdı. Çox sevindirici haldır ki, Azərbaycan bazarında bu texnlogoyanı ilk dəfə məhz Bank Respublika təqdim etdi. Ümid edirəm ki, müştərilərimiz MasterCard PayPass stikerlərinin rahatlığını yüksək qiymətləndirəcəklər, çünki bu məhsul nağdsız ödənişləri daha rahat və daha sürətli edəcəkdir " deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd etdi.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol