• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell uşaqlara dəstək verməyə davam edir

Azercell uşaqlara dəstək verməyə davam edir
13.06.2019 18:24
Öz Korporativ Sosial Məsuliyət siyasətində uşaqların müdafiəsi və hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə xüsusi önəm verən "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilən layihələrdən biri "Uşaq Qaynar Xətt” xidmətidir. Uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət heyətə malik "Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, habelə müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir.
 
Təkcə bu ilin may ayı ərzində xidmətdən yararlanan uşaqların sayı 421 nəfər təşkil edib. Bu müraciətlərdən 217-si təhsil, 33-ü psixoloji, 7-si səhiyyə, 35-i sosial,39-u hüquqi problemlərlə bağlı olub. Onu da qeyd edək ki, müraciətlərdən 370-i 18 yaşdan yuxarı, 48-i isə 18 yaşdan aşağı vətəndaşlarımıza aiddir. Ümumilikdə, yanvar- may ayları ərzində "Uşaq Qaynar Xətt” xidmətinə 1603 zəng daxil olub. 2010-cu ildən 2019-cu ilin iyun ayına qədər isə xidmətdən 37 895 uşaq yararlanıb.

"Uşaq Qaynar Xətt”inin ölkənin istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci ildə  İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. 
Qeyd edək ki, "Azercell Telekom” MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Xidmət haqda ətraflı məlumatı www.usaqxetti.az  internet səhifəsindən əldə etmək mümkündür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol