• $
  • €
  • ₽
  • ₺
  • £

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb
29.05.2020 08:42
Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini "stabil” proqnozdan, "pozitiv”ə yüksəldib və "BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
 
Anews.az bildirir ki, 2019-2020-ci illərdə Kapital Bank pərakəndə kreditləşmə və depozitlər bazarındakı lider mövqeyini daha da sağlamlaşdıracaq, eyni zamanda müxtəlif təşkilatlar üçün də hesablaşma əməliyyatları üçün mühüm platforma və kredit mənbəyi olaraq qalacaq. Bankın RAC (Risk-Adjusted Capital) risklərin nəzərə alındığı kapital əmsalının yaxın 12-18 ay ərzində 7,8-8% həddində qalacağı gözlənilir.
 
Yaxın 2 ildə Kapital Bank-ın kredit portfelinin 20-30% artacağı, bununla da yüksək mənfəətliyi saxlamaqla xalis faiz həddinin yüksək olması və yüksək əməliyyat səmərəliliyi sayəsində ROAE göstəricisinin 25%-i üstələyəcəyi gözlənilir. Kapital Bank-ın aktivlərinin Azərbaycandakı digər bankların əksəriyyətindən daha keyfiyyətli olduğunu bildirən agentlik, 2018-ci ilin sonuna olan məlumata görə problemli kreditlərin ötən ildəkinə nisbətən 4,6% azaldığını qeyd edib. Həmçinin 2018-ci ilin sonunda qeyd olunan sabit maliyyələşmə əmsalının 220%, kredit/depozit nisbətinin isə 46% səviyyəsinə olması bildirilib.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol