• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb
29.05.2020 12:29
AccessBank-ın keçirdiyi tələbələrarası müsabiqəsinin qalibləri müəyyənləşib.

Anews.az xəbər verir ki, müsabiqəyə müxtəlif ali təhsil müəssisələrinin 500-dən çox tələbəsi 130-a yaxın komanda şəklində onlayn formada qoşulub. Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda növbəti mərhələyə keçid alıb.

Həmin komandaların üzvləri AccessBank-ın baş ofisində marketinq və mobil bankçılıq mövzularında keçirilən təlimlərdə iştirak ediblər. Final günü isə komandaların hazırladığı yekun təqdimatlar qiymətləndirilib. Bankın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində Lomonosov adına Moskva Dövlət Universitetinin Baki filialının "2Cool4" komandası birinci yeri tutub. İkinci və üçüncü yerlərə isə UNEC-in "ParadISE" və "Accessories" komandaları layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, "2Cool4" komandasına 1000 AZN, "ParadISE" və "Accessories" komandalarına isə müvafiq olaraq 600 və 400 AZN məbləğində pul mükafatları verilib.

Bununla yanaşı, ilk üç yeri tutan komandaların üzvləri bankda təcrübə keçmək imkanı qazanıb.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol