• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilmişdir

Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilmişdir
28.06.2019 17:37

 
28 iyun 2019, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamla təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq hazırlanmış "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilmişdir.

İstifadəçilər axtar.bizimpullar.az ünvanını qeyd edərək həm fərdi kompüterlərdən, həm də mobil сihazlardan sistemə daxil ola bilərlər.

Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan bu sistem istifadəçilərin maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradır. Sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq və bu xidmətlərdən istifadəni stimullaşdırmaqla yanaşı, maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, həmçinin şərtlərinin yaxşılaşdırılmasına da töhfə verəcəkdir.

Sistemə qoşulmuş banklar əsas maliyyə məhsulları (məsələn, əmanət, kredit, ödəniş kartları və s.), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirib mütəmadi yenilənməni təmin edirlər.

Mərkəzi Bank tərəfindən "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə bankların qoşulması işləri gələcəkdə də davam etdiriləcəkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol