• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi daxilolmalarının tədiyyə növləri və fəaliyyət sahələri üzrə bölgüsü

Vergi daxilolmalarının tədiyyə növləri və fəaliyyət sahələri üzrə bölgüsü
02.07.2019 12:01
2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər olunub, proqnoza 110,1 faiz səviyyəsində əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3 faiz və ya 239,9 milyon manat artıb.

Anews.az bildirir ki, dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.

Qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi, mədən vergisi və sair daxilolmalar istiqamətində olub. ƏDV daxilolmalarında artım 18,3 faiz, mənfəət vergisi üzrə 33,7 faiz, əmlak vergisi üzrə 13,3 faiz, dövlət rüsumları üzrə 63,2 faiz, sair daxilolmalar üzrə 45,1 faiz, mədən vergisi üzrə 18 faiz, aksizlər üzrə isə 4.6 dəfə təşkil edib.

Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. ƏDV üzrə göstərici 24,9 faizdən 25,3 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4 faizdən 32 faizə, aksiz vergisi üzrə göstərici 7,1 faizdən 7,4 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4 faizdən 1,8 faizə, mənfəət vergisi üzrə göstərici 36,4 faizdən 38,2 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7 faizdən 29,6 faizə qalxıb.

Cari ilin 5 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4 faiz), rabitə sahəsində (40,6 faiz), nəqliyyat sahəsində (26,1 faiz), xidmət sektorunda (22,6 faiz), ticarət sahəsində (13,3 faiz), o cümlədən pərakəndə ticarətdə (32,4 faiz), tikinti sahəsində (9,6 faiz), digər fəaliyyət sahələrində (25,6 faiz) qeydə alınıb.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol