• $
  • €
  • ₽
  • ₺
  • £

“Euromoney” Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!

“Euromoney” Azərbaycan Beynəlxalq Bankını ilin  ən yaxşı bankı seçdi!
11.07.2019 11:40
Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində  açıqlanıb.

Müxtəlif kateqoriyalar üzrə "İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.   

1969-cu ildə yaradılmış "Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən "Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində "Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: "Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura  görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.

Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: "Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz  bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol