Rayona işləməyə gedən bu şəxslərə - ƏLAVƏ ÖDƏNİŞLƏR VERİLƏCƏK

«Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik». Anews.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın bütün bölgələrində icbari tibbi sığortanın tətbiqi gözlənilir. Bu sahə ilə bağlı əsas problemlərdən biri bölgələrdə həkim qıtlığıdır. Ölkənin rayonlarında bəzi ixtisaslar üzrə həkimlər çatışmır, o cümlədən kəndlərdəki tibb məntəqələrində də kadr qıtlığı hiss olunur. Agentlik rəhbəri bildirib ki, bu problemi həll etmək üçün bölgələrə işləməyə gələn həkimlər üçün stimullaşdarıcı tədbirlr nəzərdə tutulub: «Biz hazırda Səhiyyə nazirliyi ilə birlikdə mütəlif proqramlar fikirləşirik ki, həkimləri bu prosesə necə daha çox cəlb etmək olar. Bunun üçün onlara əlavə müəyyən paketlərin verilməsi, əmək haqında müəyyən fərqlərin olması ilə bağlı təklifləri müzakirə edirik».
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























