Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı

Azərbaycan Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb. Bu barədə ANS PRESS-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) mətbuat katibi Nizaməddin Quliyev məlumat verib.Onun sözlərinə görə, Rusiyaya qaz ixracı Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan sahəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunun özündə tikinti işləri ilə əlaqədar dayandırılıb.N.Quliyev bildirib ki, qaz ixracı təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























