• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyənin əsəridir

İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyənin əsəridir
29.05.2020 02:27
"Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir". Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.Dövlət başçısı qeyd edib: "Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulub və bu möhkəm təməl üzərində bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını inşa edirik. Siyasi əlaqələr günü-gündən genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır".Prezident İlham Əliyev bildirib ki, əməkdaşlığın müxtəlif istiqamətləri, eyni zamanda, müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq və onun perspektivləri müzakirə edilib: "Burada da çox böyük potensial var. Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu olmuşdur. İki il bundan əvvəl biz əziz qardaşımla TANAP layihəsinə imza atanda təxminən görürdük ki, bu, nəyə gətirib çıxaracaq. Bu gün bizim əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edir və artıq bizim qruplarımız işə başlamışdır. Əminəm ki, vaxtlı-vaxtında bu tarixi layihə icra ediləcək. Bundan əvvəlki dövrlərdə də enerji məsələlərində biz daim bir yerdə idik. TANAP layihəsi, əlbəttə ki, daha da geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir, çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı daha da çoxdur. Əminəm ki, birgə səylərlə, müştərək iradə ilə biz bu layihəni də uğurla icra edəcəyik".Dövlət başçısının sözlərinə görə, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edilib: "Bu, bizim əlaqələrimizdə bir növ yenilikdir, çünki məhz son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı qaydada böyük həcmdə investisiyalar qoyulur. Azərbaycan investisiyaları yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə - təxminən 17-20 milyard dollar - qoyulacaq. Mən çox şadam ki, Türkiyə tərəfi bizim enerji layihələrimizdə öz payını artırır".Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyə "Şahdəniz" layihəsində öz payını artırıb, TANAP layihəsində böyük paya sahib olub: "Bu da Azərbaycana yatırılan Türkiyə investisiyalarıdır və eyni zamanda, bu layihələrin icrası ilə bağlı yeni gözəl imkanlar yaranır. Çünki bu böyük enerji layihələrinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir, bir faktordur və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bundan sonra da bizim qardaşlıq əlaqələrimiz yüksələn xətt ilə inkişaf edəcək. Əziz qardaşım, bir daha sizi ürəkdən salamlayıram və bütün türk xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram".ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol