Rusiya rublu dəyərini itirir

Rusiya rublu dəyərini itirir. Sentyabrın 1-də Moskva Birjasında ABŞ valyutası tarixi maksimum həddinə çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Moskva Birjasında 1 ABŞ dolları 37,3 rubla dəyişdirilib. 1 avro isə 49 rubla bərabər olub. Avro sonuncu dəfə bu ilin may ayında bu həddə qalxıb. Qeyd edək ki, Rusiya valyutası Ukrayna hakimiyyətinin Rusiya qoşunlarının Ukraynanın şərqinə daxil olması ilə bağlı bəyanatından sonra dəyərini sürətlə itirməyə başlayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























