• $
  • €
  • ₽
  • ₺
  • £

«AtaBank»da nələr dəyişib – TƏFƏRRÜATLAR AÇIQLANDI

«AtaBank»da nələr dəyişib – TƏFƏRRÜATLAR AÇIQLANDI
28.05.2020 17:50

Xəbər verildiyi kimi, iyulun 25-də Azərbaycanın aparıcı banklarından olan «AtaBank» ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçirilib.

 

Banker.azın fed.az istinadən verdiyi məlumata görə, bankın əsas səhmdarının da iştirak etdiyi toplantıda ciddi qərarlar qəbul edilib, o cümlədən bankın hazırki rəhbərliyi – Müşahidə Şurası və İdarə Heyətində dəyişikliklər elan olunub. Maliyyə bazarındakı mənbələr FED.az-a bankda gedən son proseslər barədə ətraflı məlumat verib. Məlumata görə, «AtaBank»ın Müşahidə Şurasının rəhbəri dəyişib. İndiyədək bu postu tutan Fərid Hüseynovun yerinə yeni kadr – Xumar Əsədzadə təyin edilib: «Müşahidə Şurasına təyinat alan şəxs birbaşa səhmdarın kadrıdır və onun tapşırıqlarını yerinə yetirir»-deyə mənbə bildirib.

 

Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilən xanım Xumar Əsədzadə hüquqşünasdır, xaricdə təhsil alıb və «City university of London»un hüquq ixtisası üzrə məzunudur və peşəkar kadrdır. Mənbənin sözlərinə görə, səhmdarın ona etimadı və peşəkarlığına etimadı elə böyükdür ki, bankın fəaliyyətinə nəzarət ona həvalə edilib: «X.Əsədzadəyə böyük ümidlər bəslənilir. Səhmdar arxayındır ki, MŞ-nın yeni sədri qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələ biləcək və onun etimadını doğruldacaq». Mənbənin məlumatına görə, toplantı və Müşahidə şurasının yeni rəhbəri təyin olunandan sonra bankda ciddi yeniliklər başlayıb.


Qeyd edək ki, «AtaBank»ın özündən  bildirilib ki, toplantı və dəyişiliklərlə bağlı rəsmi açıqlama yalnız gələn həftənin əvvəlində veriləcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol