• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bank Goranboy və Ağstafa şöbələrini də yenilədi

Beynəlxalq Bank Goranboy və Ağstafa şöbələrini də yenilədi
29.05.2020 12:32
Azərbaycan Beynəlxalq Bankı filialların transformasiyası layihəsi çərçivəsində filial və şöbələrini müasirləşdirir. Bu prosesin tərkib hissəsi olaraq bankın daha iki regional şöbəsinin xidmət ofisləri yenilənib. Ağstafa şöbəsi Ağstafa şəhəri, Heydər  Əliyev küçəsi - 47 B ünvanında, bankın korporativ üslubuna uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb.

Bankın Goranboy şöbəsinin Goranboy şəhəri, Heydər Əliyev küçəsi - 21 ünvanında yerləşən binasında isə əsaslı təmir işləri aparılıb və bu bina da yüksək xidmət standartları tələblərinə uyğun şəkildə yenidən qurulub.
Geniş məkanlarda yerləşən hər iki bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Xidmət ofislərində müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri bankın digər xidmət ofislərində olduğu kimi Goranboy və Ağstafa şöbələrində də kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, xidmət ofislərinin yenilənməsi prosesi Bakı və regionlardakı digər filial və şöbələri də əhatə etməkdədir: "Müştərilərimizin getdikcə dəyişən istək və tələbatlarını nəzərə alaraq, onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməyə çalışırıq. Əminik ki, xidmət ofislərimizdəki şərait yüksək müştəri məmnuniyyəti yaradacaq. Digər filial və şöbələrimiz kimi bankın Goranboy və Ağstafa şöbələri də keyfiyyətli xidməti, çeşidli məhsul və xidmətləri, biznesə  davamlı dəstəyi ilə regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol