• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət şirkətləri milyardlarla borcu büdcəyə yükləyir (RƏSMİ)

Dövlət şirkətləri milyardlarla borcu büdcəyə yükləyir (RƏSMİ)
30.08.2019 23:21
Azərbaycanın iri dövlət şirkətləri dövlət qarantiyası ilə və ya bunsuz xaricdən iri məbləğdə kreditlər cəlb edir. Amma onları ödəyə bilmir, nəticədə yük dövlət büdcəsinin üstünə düşür.


Qaynarinfo xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun "Xalq” qəzetində dərc edilmiş və 2019-cu ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin icrasının analizinə həsr edilmiş  məqaləsində məlumat verib.


Məqalədən sitat: "Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir”.


Gülməmmədov habelə qeyd edir ki, hökumətin 2019-2024-cü illər üçün proqnozuna əsasən dövlət müəssisələri büdcəyə kredit ödəmələri üzrə 2 milyard 960 milyon manatdan çox vəsait qaytarmalıdır. Həmin vəsait onların əvəzindən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.


Qeyd edək ki, əksər dövlət müəssisələrinin hazırda dollar ekvivalenti ilə milyardlarla dollar xarici borcları var. Manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra onlar xarici borclarını qaytarmaqda çətinlik çəkməyə başlayıb. Amma o da sirr deyil ki, dövlət şirkətlərinin dövlət qarantiyası ilə cəlb etdikləri kreditləri bir qismi korrupsiya mexanizmləri ilə mənimsənilir, yük isə göründüyü kimi büdcənin çiyninə düşür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol