• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc sahibkar niyə vergi ödəməlidir ki? – Mikayıl Mirzəzadədən təklif

Gənc sahibkar niyə vergi ödəməlidir ki? – Mikayıl Mirzəzadədən təklif
02.09.2019 13:03
"Biz "Relax”dan daha çox vergi ödəmişik, lakin qarşılığını onun imkanı qədər almamışıq”.

Gənc sahibkar "Plus Group” və "Hokm.az” informasiya portalının rəhbəri Mikayıl Mirzəzadə büdcədən yayınan kommersiya qurumlarına münasibət bildirərkən qeyd etdi ki, iri sahibkarın əslində bu qədər az vergi ödəməsi sadəcə vergidən yayınmaq deyil, eyni zamanda dövlətə ödənən verginin xərclənməsinə şübhə etmək, şəffaflığa kölgə salmaqdı”.

O bildirdi ki, vergilər məcburi, əvəzsiz və fərdi ödənişlərdi: "17 yaşından sahibkarlıq fəaliyyəti ilə məşğulam və müntəzəm olaraq vergi hesabatlarını təqdim edirik, tam şəffaflıqla vergi ödəyirik, lakin bunun qarşılığında dövlət qurumlarından lazım olan xidmətləri ala bilmirik.

Məsələn, ölkədə təcili xidmətlərdən olan səhiyyə və polis sistemi daxil olan zənglərə vaxtında və operativ cəlb edilmir, bunlardan əlavə bir çox xarici ölkələrdə sahibkarlıq seminar və təlimlərində dünya təcrübəsində də görüdüyümüz kimi, gənc sahibkarlara bir çox imkanlar yaradılır. Şirkətini böyütmək üçün dövlət tərəfindən əvəzsiz olmaqla şirkətə yardımlar olunur, həm də çox cüzi faizlə və uzun müddətli kreditlər təqdim olunmaqla, Bu sahibkarlara stimul verir. Bu gün vergi ödəmək məcburidi, amma qarşılığını heç bir halda gözləmək və almaq mümkün deyil”. O hesab edir ki, Vergilər Nazirliyi hər bir vergi ödəyicisinə daha çox vergi ödəməsi üçün stimullaşdırıcı layihələr etməlidir, maarfiləndirilmə daha çox aparılmalıdır və eyni zamanda dövlət vergi ödəyəcilərinə niyə vergi ödədiklərini əyani sübut etməlidir. Daha çox ödəməsi üçün istər maliyyə yardımı, istərsə də kiçik faizlə və uzun müddətli kreditlər alınmalıdır. Ən yaxın təcrübəni isə Türkiyədən almaq olar ki, istər yeni başlamış şirkətlərə, istərsə də vergisini müntəzəm ödəyən vergi ödəyicilərinə müxtəlif maliyyə yardımları edilir, dövlət tərəfindən əvəzsiz olaraq və dövlət banklarından rahat formada uzun müddətli və az faizlə kredit alınır. Sahibkar stimullaşdırılır şirkəti böyütməyə və daha çox vergi ödəyir.

Belədə "Relax” dövlətdən gözlədiyi "dəstəyi” yetəri qədər almadığı üçün vergini də az ödəyir, ya da vergidən yayınır”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol