• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika yenidən cəbhə bölgəsindəki məktəbliləri sevindirdi

Bank Respublika yenidən cəbhə bölgəsindəki məktəbliləri sevindirdi
29.05.2020 05:53
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Yeni dərs ilini yuxarı sinif şagirdləri ilə yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyacaq birincilər də səbirsizliklə gözləyir.

Ölkəmizdə sosial layihələrə böyük önəm verən Bank Respublika, ənənəyə sadiq qalaraq bu dəfə də cəbhə bölgəsində bu il birinci sinifə gedəcək məktəbliləri sevindirib. Bank, Fizuli rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Məktəbə hazıram!” adlı layihə həyata keçirib.

Layihə çərçivəsində bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən 3 məktəbə səfər edərək bu il birinci sinifə gedəcək uşaqlarla görüşüb. Görüşlərdə uşaqlar şeir söyləyib, mahnı oxuyaraq məktəbə hazır olduqlarını bildiriblər. Şən keçən görüşün sonunda Bankın əməkdaşları 100-ə yaxın birinci sinif şagirdlərinə dərs ləvazımatları ilə dolu məktəbli çantası hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu etdilər.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol