• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı

Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı
20.09.2019 10:33
Kapital Bank İT sahəsi üzrə beynəlxalq şirkət olan IBM ilə əməkdaşlığı əks etdirən anlaşma memorandumu imzalayıb. Bununla bağlı 19 sentyabr 2019-cu il tarixində imzalanma mərasimi keçirildi. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və IBM iX şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak edib.
 
Kapital Bank bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərindən müştərilərinə təqdim edir. Gələcəkdə əksər layihələri həyata keçirmək üçün IBM şirkətini özünə tərəfdaş seçib. IBM şirkəti ilə memorandum çərçivəsində Kapital Bank-ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçiriləcək. Bundan başqa xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən workshop-lar təşkil olunacaq.
 
"Kapital Bank-ın 2018-2021-ci illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid əsas məqsədimizdir. Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Burada bank əməliyyatlarının və bir sıra proseslərin transformasiyası nəzərdə tutulur. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə İT forumun keçirilməsi nəzərdə tutulub. Forum zamanı dəvət olunmuş xarici mütəxəssislər öz təcrübələri ilə bölüşəcəklər” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.
 
Qeyd edək ki, IBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir. Bundan başqa şirkət İT-servislərin tətbiqi və konsaltinq xidmətlərini də təqdim edir. Dünya miqyasında lider olan IBM şirkətinin əsas strateji hədəfi, innovasiya və informasiya texnologiyaları sahəsində elmi-təhqiqat işlərinin aparılması və tətbiqidir.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol