• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir
24.09.2019 11:27
Kapital Bank 23-26 sentyabr tarixlərində Londonda keçirilən ənənəvi SIBOS – 2019 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. Tədbirə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.
 
Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutlarıdan gələn 10000-dən çox iştirakçı təmsil olunur. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən maliyyə qurumlarının üzləşdiyi məsələlər - dəyişkən rəqabət mənzərəsi, gözlənilməz geosiyasi təzyiqlər, artan tənzimləmə və texnoloji dəyişikliklər və sürətli hərəkət edən informasiya təhlükəsizliyi təhdidləri də daxil olmaqla müxtəlif yeni çağırışlar ətrafında təşkil olunacaq.
 
"SIBOS 2019 konfransının proqramı mərkəzləşmiş, müasir rəqəmsal texnologiyalar, açıq bankçılıq, qlobal texnoloji trendlər, ödənişlər üçün ISO20022 standartları ilə əlaqəli mövzuları əhatə edir. Qlobal miqyasda maliyyə xidmətləri göstərən iri bankların professional mütəxəssisləri  maliyyə sektorunda gündəmdə olan məsələlər, o cümlədən kiber təhlükəsizlik, ödəniş sistemlərinin və beynəlxalq ticarətin transformasiyası, birbaşa tənzimləmə və tövsiyyələrə əsaslanan tənzimləmə arasında tarazlığın saxlanılması və digər mövzular ətrafında çıxışlar edirlər. Dünyanın müxtəlif ölkələrindən gələn bank nümayəndələri ilə təşkil olunan görüşlərdə biz də, Kapital Bank olaraq icra etdiyimiz layihələrimiz barədə məlumat verdik və müxtəlif əməkdaşlıq imkanlarını müzakirə etdik. Belə bir beynəlxalq əhəmiyyətli tədbirdə iştirak, qlobal maliyyə sahəsində baş verən dəyişikliklərə hazırlıq baxımından, bankımızın müasir texnoloji transformasiyalara daha çevik uyğunlaşmasına və strateji əhəmiyyətli rəqəmsal transformasiya layihəmizin uğurla icrasına töhfələr verəcəkdir.”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
 
Qeyd edək ki, SİBOS sərgisi ən böyük qlobal tədbir olaraq, SWIFT tərəfindən maliyyə sektoru üçün təşkil etdiyi illik konfrans, sərgi və əməkdaşlıq tədbiridir. Kapital Bank bu tədbirdə bir sıra beynəlxalq maliyyə institutları və fintech şirkətləri ilə ikitərəfli görüşlərin keçirəcəyini planlaşdırır.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol