• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan kəndə qaz verdi

SOCAR Gürcüstanda  azərbaycanlılar yaşayan kəndə qaz verdi
27.09.2019 09:42
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Prezidentinin Kvemo-Kartli vilyaətində səlahiyyətli nümayəndəsi Şota Rexviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, "SOCAR Energy Georgia” və "SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi, həmçinin regiondan seçilmiş deputatların iştirakı ilə Marneuli bələdiyyəsinin Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin təntənəli açılış mərasimi keçirilmişdir.

Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi "SOCAR Georgia Gas” şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilmiş və Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılmışdır. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə etmişdir. 86 ailənin evi artıq qazlaşdırılmışdır. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir.

Həmin gün Kaspi bələdiyyəsinin Niqoza kəndində də yeni qazpaylayıcı boru kəmərinin açılışı olmuşdur. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstan Qaz Nəqliyyat Şirkətinin baş direktoru Caba Xmaladze, Şida Kartli vilayətinin qubernatoru Giorgi Xocevanişvili, Kaspi bələdiyyəsinin rəhbəri Manuçar Merebaşvili, ”SOCAR Energy Georgia” və "SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi iştirak etmişlər.

Məlumat verilmişdir ki, Niqoza kəndindəki qazpaylayıcı xətt Gürcüstan Qaz Nəqliyyat Şirkətinin sifarişi ilə tikilmişdir. Uzunluğu 3 min metrdən artıq olan şəbəkənin istismarı "SOCAR Georgia Gas” tərəfindən həyata keçiriləcəkdir. Görülən işlər nəticəsində Niqoza kəndində 90 ailə təbii qazla təmin olunmuşdur. Hazırda Şida Kartli regionunda 89 300 ailə təbii qazdan istifadə edir.

2009-cu ildən etibarən "SOCAR Georgia Gas” şirkəti ümumilikdə11 500 kilometrə yaxın qazpaylayıcı xəttin çəkilişini həyata keçirmişdir ki, bu da 305 mindən artıq potensial abonentə şəbəkəyə qoşulma imkanı vermişdir. Dövlət proqramı əsasında həyata keçirilən qazlaşdırma layihəsi Gürcüstan Qaz Nəqliyyat Şirkətinin müəyyən etdiyi bölgələrdə və qurumun sifarişi əsasında həyata keçirilir. Bununla yanaşı SOCAR da, əlavə olaraq, öz investisiya proqramı çərçivəsində 700-dən çox yaşayış məntəqəsində, o cümlədən etnik azərbaycanlıların sıx yaşadığı ərazilərdə qazpaylayıcı şəbəkəni genişləndirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol