• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın əməkdaşları 123 yaşlı müştərini ziyarət etdi

Kapital Bank-ın əməkdaşları 123 yaşlı müştərini ziyarət etdi
27.09.2019 10:54
Hər il olduğu kimi Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində maraqlı sosial aksiyalar həyata keçirir. Bu il ahıl insanlar üçün hazırlanan tədbirlə yanaşı, həmçinin Kapital Bank-ın əməkdaşları bankın ən yaşlı müştərisinə baş çəkib, onu qarşıdan gələn bayram münasibətilə təbrik edib.
 
Sona Səmədova – Kapital Bank-ın Neftçala filialının müştərisidir. O, 1896-cı ildə indiki Neftçala rayonunun Beşdəli kəndində anadan olub. Sona nənənin hazırda 123 yaşı var və onun 4 övladı, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var. Təqaüdünü Kapital Bank vasitəsilə alır və ailəsinin bir neçə üzvü də bankın müştərisidir.
 
Sona nənənin yaşı çox olsa da, olduqca gümrah görünür. Ailə üzvlərinin dediyinə görə o, həmişə Neftçalada qalıb və buranın mülayim və təmiz təbiəti onun belə gümrah olmasına müsbət təsir edir. "Bildiyiniz kimi Neftçala rayonu Kür çayı ilə Xəzər dənizinin qovuşduğu yerdə yerləşir və təmiz havası var. Əhali əsasən balıq məhsulları yeyir. Burada yaşayanlar üçün 90-100 yaşa çatmaq adi haldır. Amma hələlik rekord yaş həddi Sona nənədədir”, - deyə, 123 yaşlı müştərinin yaxınları bildirdi.
 
Kapital Bank adından Sona Səmədovanın simasında bütün yaşlı insanları qarşıdan gələn Ahıllar Günü münasibətilə təbrik edirik və möhkəm can sağlığı arzulayırıq.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol