AtaBank ilə ticarətinizi onlayn etmək zamanıdır

Elektron bizneslə məşğul
olmaq və fəaliyyətini müasir dövrə uyğunlaşdırmaq istəyən sahibkarlara
"AtaBank” ASC yeni e-commerce xidmətini təqdim edir. Elektron kommersiya xidməti
vasitəsi ilə müştəri dünyanın istənilən nöqtəsindən asanlıqla internet səhifəyə
daxil olaraq almaq istədiyi məhsulu sifariş verir və ödənişini çox rahat və təhlükəsiz
şəkildə onlayn rejimdə həyata keçirir.
Onlayn ticarət sahibləri
e-commerce xidmətinə qoşularaq internet mağazada və ya mobil əlavədə nağdsız ödənişləri
rahat qəbul edə biləcəklər. Bir sözlə bu xidmət onlar üçün virtual POS-terminal
rolunu oynayacaq.
Həmçinin bankın Biznesin
İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, dünyada rəqəmsallaşma
tendensiyasının artdığı dövrdə ticarətin ənənəvi üsullardan əlavə informasiya
texnologiyaları üzərindən də qurulması sahibkarlar üçün yeni müştərilər cəlb
edir və AtaBank bu istiqamətdə dəstək göstərməyə daim hazırdı.
25 ildən artıq fəaliyyət göstərən "AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























