Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi yeniləndi

Azərbaycan
Beynəlxalq Bankının filial və şöbələrinin yenilənməsi, müştərilərə xidmətin
müasir bankçılıq standartlarına uyğun qurulması prosesi davam etdirilir. Bu
istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq bankın Mərdəkan şöbəsinin
binası da əsaslı təmir və yenidənqurmadan sonra müştərilərin istifadəsinə
verilib.
Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsində kassa-hesablaşma əməliyyatları, pul köçürmələri, əmanətlər, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
Azərbaycan
Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib:
"Filial və şöbələrimizin yenilənməsi
prosesi davam etdirilir. Yenilənmə tədbirləri bankın bir çox xidmət ofislərini
də əhatə edəcək. Məqsədimiz müştərilərimiz üçün ən yüksək xidmət səviyyəsini təmin
etmək, onların məmnunluğuna nail olmaqdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























