• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank yenə də Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib

Kapital Bank yenə də Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib
29.05.2020 11:38

 
Məşhur Global Finance jurnalı 2019-cu il üçün dünyanın 110 ölkəsində ən güvənli və təhlükəsiz bankların siyahısını müəyyən edib. Keçirilən sorğu nəticəsində Kapital Bank Azərbaycanın "Ən Güvənli Bank”ı ("The Safest Bank in Azerbaijan for 2019”) adına layiq görülüb.
 
Banklar Moody’s, Standard & Poor’s və Fitch Ratings kimi Beynəlxlaq Reytinq Agentliklərinin uzun müddətli xarici valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər. Sorğuda Qərbi, Mərkəzi və Şərqi Avropa, Şimali Amerika, Latın Amerikası, Yaxın Şərq, Asiya, Avstraliya və Afrika ölkələrinin 1000-dək bankı iştirak edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.
 
Artıq 20 ildən çoxdur ki, Global Finance jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlik səviyyəsi, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanır. Siyahının tərtib edilməsində əsas məqsəd ölkələr üzrə ən təhlükəsiz bankları müəyyən etmək və maliyyə qurumlarına gələcəkdə əməkdaşlıq üçün dayanıqlı tərəfdaşın seçilməsində yardım göstərməkdir.
 
Qeyd edək ki, bu ilin əvvəli Kapital Bank bu ilin əvvəli Global Finance jurnalı tərəfindən "Ən yaxşı ticarət maliyyəçisi” ("Best Trade Finance Providers”) mükafatına layiq görülüb.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol