Yaşayış minimumu uşaqlar üçün 10, pensiyaçılar üçün 8 manat artıb - RƏSMİ

Gələn il Azərbaycanda yaşayış minimumunun məbləği 190 manat olacaq.
Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.
Məlumat üçün bildirək ki, bu il Azərbaycanda yaşayış minimumunun məbləği 180 manat olub. Əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.
Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasın təşkil edir. Azərbaycan Respublikasında minimum əmək haqqı və pensiyaların baza hissəsi, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir.
www.anews.az
Yeniavaz.com xəbər verir ki, bu məbləğ, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində göstərilib.
Məlumat üçün bildirək ki, bu il Azərbaycanda yaşayış minimumunun məbləği 180 manat olub. Əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.
Rəqəmlərdən də göründüyü üçün yaşayış minimumu ölkə üzrə 10 manat, əmək qabiliyyətli əhali üçün 10 manat, pensiyaçılar üçün 8 manat və uşaqlar üçüb 10 manat artacaq.
Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusu nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























