• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişinlərin daşınma qaydası dəyişdi

Sərnişinlərin daşınma qaydası dəyişdi
19.08.2014 11:12
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, indiyə qədər nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilənin bağlanmasını təsdiq edən sığorta şəhadətnaməsi sərnişin avtonəqliyyat vasitələrinin sürücülərinə dair tələblər sırasında yer alıb.
 
Dəyişikliyə əsasən sərnişinlərin fərdi qəza sığortası ilə bağlı tələb müəyyənləşib. Bundan sonra  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq.
 
İndiyə qədər sərnişinlər qarşısında daşıyıcıların mülki məsuliyyətinin icbari sığortası, sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti üzvlərinin həyat və sağlamlığının sığortası, habelə sərnişinlərin icbari sığortası Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq sığorta müqavilələri əsasında edilib. Sərnişin avtonəqliyyat vasitəsində qanuni əsaslar olmadan gedişi həyata keçirən şəxs ona dəymiş zərərin ödənilməsini sığorta edəndən və ya avtomobil daşıyıcısından tələb edə bilməzdi. Bu tələb də yeni redaksiyada verilib. Bundan sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” qanuna, avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununa uyğun olaraq həyata keçirilməlidir. Bu icbari sığorta növlərinin həyata keçirilməsinin təmin edilməsi avtomobil daşıyıcılarının hüquq və vəzifələri sırasında yer alacaq.
 
İndiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından irəli gələn tələblər üçün iddia müddəti altı ay təşkil edib. Bu müddət şəxsin ona zərər vurulmasını bildiyi və ya bilməli olduğu andan hesablanıb. Pretenziyanın verilməsi iddia müddətinin axınını pretenziyanı almış tərəfin onu təmin etməkdən imtina etməsi barədə müvafiq sənədlər əlavə edilməklə yazılı bildiriş verdiyi günədək dayandırıb. Pretenziya qismən təmin edildikdə, yalnız onun təmin edilməmiş hissəsinə dair iddia müddətinin axını təzələnib. Dəyişikliyə əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj  daşınması Qaydaları”nda bu bənd ləğv edilib. Bu proses icbari sığorta ilə bağlı tələblərə əsasən tənzimlənəcək. İndiyə qədər  Nəqliyyat Nazirliyi müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında mütəmadi olaraq hərəkət cədvəlindən normativdən artıq kənara çıxmalara yol verdikdə, habelə hərəkət sxeminə riayət etmədikdə tərtib etdiyi akt əsasında daşıyıcıya xəbərdarlıq edə və ya daşınmalardan kənarlaşdıra bilərdi. Bundan sonra daşıyıcı icbari sığorta növlərini həyata keçirmədikdə Nəqliyyat Nazirliyi bu addımları atacaq. 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol