• $
  • €
  • ₽
  • ₺
  • £

"Avropa və Mərkəzi Asiya iqtisadiyyatları biznes mühitinin təkmilləşdirilməsini sürətləndirir" - HESABAT

"Avropa və Mərkəzi Asiya iqtisadiyyatları biznes mühitinin təkmilləşdirilməsini sürətləndirir" - HESABAT
24.10.2019 16:59
Avropa və Mərkəzi Asiya iqtisadiyyatları biznes mühitinin təkmilləşdirilməsini sürətləndirir

Anews.az xəbər verir ki, Regionun 2 ölkəsi dünyanın ən yaxşı nəticəyə malik olan 20 ölkə arasındadır, bir ölkə isə ilk onluqdadır.

Dünya bankının hesabatında deyilir ki, Avropa və Mərkəzi Asiya iqtisadiyyatları 56 islahatı həyata keçirmək və dünyada vergilərin ödənilməsi və müqavilələrin icrası sahəsində islahatlara liderlik etməklə biznes mühitlərini yaxşılaşdırma sahəsində mövcud güclü tempini daha da sürətləndirir.

Hesabata görə, Avropa və Mərkəzi Asiyada biznesin həyata keçirilməsi üçün ən yaxşı top-20 ölkədən ikisi yerləşir - Gürcüstan (7-ci) və Şimali Makedoniya (17-ci). Tacikistan dünyada 1 may tarixinə qədər 12 ay müddətində ən çox təkmilləşdirmə aparan top-10 ölkə arasında yer alır. Azərbaycan, Qırğızıstan, Kosovo və Özbəkistan dünyada ən çox sayda islahat aparmış 20 ölkə arasındadır. 

"Avropa və Mərkəzi Asiyanın iqtisadiyyatları sahibkarlıq üçün əlverişli mühitin yaradılması və iqtisadi inkişafın dəstəklənməsi sahəsində mühüm tərəqqiyə nail olmağa davam edir. İslahat tempi gücləndikcə, geridə qalan iqtisadiyyatlar qonşuları tərəfindən qəbul olunmuş qabaqcıl praktikalardan dərs çıxara bilər.”, – Doing Business Qrupunun Proqram Meneceri Santiaqo Krosi Daunes belə deyib.

"Hazırda regionda 22 ölkə vergilərin elektron qaydada sənədləşdirilməsinə imkan verdiyindən region vergilərin ödənilməsi (doqquz) və Avropa və Mərkəzi Asiya ən səmərəli kommersiya ədliyyə sisteminə malik region olduğundan müqavilələrin icrası (altı) sahələrində dünyada ən çox islahat aparmışdır. Avropa və Mərkəzi Asiya iqtisadiyyatları, həmçinin əmlakın qeydiyyatının asanlaşdırılması sahəsində qabaqcıl ölkələrdəndir: əmlakın transferi xərcləri orta hesabla əmlakın dəyərinin 2,7 faizinə bərabərdir, bu isə İƏİT-nin yüksək gəlirli ölkələrinin orta göstəricisi olan 4,2 faizdən də azdır. Avropa və Mərkəzi Asiya uzun müddətli spektrdə də yaxşı nəticələr nümayiş etmişdir, bir sıra ölkələr kapitalın minimum məbləği ilə bağlı tələblərini azaltmış və 17 illik Doing Business tədqiqatı müddətində kredit hesabat sistemlərini təkmilləşdirmişdir”, - qeyd olunur.

Hesabatda o da deyilir ki, Tacikistan biznesə başlanılması, xarici ticarət və kredit alınması sahələrində apardığı islahatlar sayəsində reytinqini yaxşılaşdırmışdır. Tacikistan hökuməti, misal üçün, tez xarab olan malların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün şərait yaratmış və girovların müasir qeydiyyatı sistemini tətbiq etməklə kreditə əlçatanlığı artırmışdır. Rusiya Federasiyası son ildə elektrik şəbəkəsinə qoşulma prosesinin sürətləndirilməsi və vergi qanunvericiliyinə əməl olunmasının sadələşdirilməsi də daxil olmaqla üç islahat həyata keçirmişdir. Kiçik investorlar korporativ şəffaflıq tələblərinin artırılması sayəsində müdafiə mexanizmlərinin güclənməsindən faydalanmışdır.  

Bundan əlavə, Serbiya və Ukrayna hər biri ayrı-ayrılıqda altı islahat həyata keçirmişdir. Hər iki iqtisadiyyat tikinti icazələrinin verilməsi, elektrik şəbəkəsinə qoşulma və kiçik investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi islahatlarını həyata keçirmişdir. Serbiya vergilərin ödənilməsi prosedurunu sadələşdirmiş, Ukrayna isə öz növbəsində yeni dövlət kredit reyestrini yaratmış və torpaqların idarə olunması sisteminin şəffaflığını artırmışdır.

"Region tikinti icazələrinin verilməsi və elektrik şəbəkəsinə qoşulma sahələrində zəif nəticələr nümayiş etdirmişdir. Tələb olunan tikinti icazələrinin alınması İƏİT-nin yüksək gəlirli iqtisadiyyatlarının orta rəqəmi 152 günlə müqayisədə regionda orta hesabla 170 gün çəkir. Oxşar olaraq, Avropa və Mərkəzi Asiyada yeni anbarı elektrik enerjisi şəbəkəsinə qoşmaq İƏİT-nin yüksək gəlirli iqtisadiyyatları ilə müqayisədə 25 gün daha gec, orta hesabla demək olar ki, 100 günə başa gəlir. Region iqtisadiyyatlarının əksəriyyəti stabil templə islahatları həyata keçirməyə davam etsə də, bəzi iqtisadiyyatlar geridə qalır. Bolqarıstan son beş ildə biznes mühitinin yaxşılaşdırılması məqsədilə bir islahat həyata keçirmişdir, Bosniya və Herseqovina və Monteneqro isə bu müddət ərzində müvafiq olaraq üç və dörd islahatı həyata keçirmişlər”, - deyə qeyd olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol