Azərbaycanda Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin tərtib edilməsində tətbiq olunacaq avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə "PwC” audit şirkətini əməkdaşlığa cəlb edib.
Məlumatda həmçinin deyilir ki, PwC proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsini və bir sıra ölkələrdə oxşar sistemin təqbiqi ilə bağlı məlumatları öyrənərək büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlayıb, "Dövlət satınalmaları haqqında” qanuna əsasən satınalma prosedurlarına başlanılıb, satınalmalar portalında (www.tender.gov.az saytında) tender elanı yerləşdirilib.
www.anews.az
Anews.az xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























