• $
  • €
  • ₽
  • ₺
  • £

"Əmək pensiyaları haqqında" qanun layihəsi dəyişdirilir

"Əmək pensiyaları haqqında" qanun layihəsi dəyişdirilir
28.10.2019 23:07
Oktyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası olub.
Anews.az bildirir ki, Komitənin sədri Hadi Rəcəbli bildirib ki, gündəlikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən dörd məsələ var.
İclasda qanun layihələrinin şərhi zamanı qeyd olunub ki, Əmək Məcəlləsində və "Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) zərurəti bu sənədlərin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və "e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına uyğunlaşdırılması məqsədini daşıyır. Adı çəkilən sahələrdə proseslərin elektronlaşdırılması və sadələşdirilməsi vətəndaşların rahatlığına, bəzi neqativ halların aradan qaldırılmasına yardımçı olacaq.

Deputatlara məlumat verilib ki, birinci oxunuşda komitəyə təqdim olunmuş "Əmək pensiyaları haqqında” və "Məşğulluq haqqında” qanunlarda edilən dəyişikliklər də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
İclasda "Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişikliklərə (birinci oxunuş) də baxılıb.
Komitə sədrinin müavini Rauf Əliyev, deputatlar Jalə Əliyeva, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova müzakirəyə çıxarılmış məsələlərə münasibət bildiriblər. İclasda rəy və təkliflər dinlənilib, deputatları maraqlandıran suallar cavablandırılıb.
Fikir mübadiləsinin yekununda qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
Mənbə: Modern.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol