Moody's “Bank Respublika”nın reytinq üzrə proqnozunu “Pozitiv”ə yüksəldib

Moody's beynəlxalq reytinq agentliyi "Bank Respublika”nın reytinqi
üzrə proqnozunu "stabil" dən "pozitiv" ə dəyişib. Agentlik, həmçinin bankın yerli və xarici valyutadakı uzunmüddətli
depozit reytinqini "B3" səviyyəsində təsdiqləyib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində
və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Moody's analitikləri "pozitiv" proqnozun bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin
keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə
maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.
"Moody's
agentliyi tərəfindən bankın reytinq proqnozunun yüksəldilməsi bankın ölkənin
maliyyə bazarında lider mövqeyini təsdiqləyir. Hesabatdan göründüyü kimi,
Bankın bütün göstəriciləri dinamik artım nümayiş etdirməyə davam edir. Belə
ki, reytinq agentliyi tərəfindən kapitalın adekvatlığı, mənfəət, aktivlərin
keyfiyyəti kimi əsas göstəricilərdə əhəmiyyətli dərəcədə artım olduğu vurğulanıb.
Xüsusilə qeyd etmək istərdim ki, qeyd olunan müsbət
tendensiya bankın prioritet sahəsi olan real sektora verilən kreditlərin həcminin
artmasına əsaslanır. Belə ki, mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərinin
həcmi bankın ümumi portfelində 74% təşkil edir. Biz bundan sonra da
iqtisadiyyatın real sektoruna verilən kreditlərin həcmini artırmaq niyyətindəyik
və eyni zamanda müştərilərimizə yüksək keyfiyyətli xidmət və rahat servis göstərməyə
davam edəcəyik”, deyə "Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov
qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























