• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”nın məcmu kapitalı 46% artıb

“Bank Respublika”nın məcmu kapitalı 46% artıb
29.05.2020 05:00
Azərbaycanın ən böyük özəl banklarından biri olan Bank Respublika, 2019-cu ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.Fəaliyyətinin prioritet sahəsi mikro, kiçik və orta sahibkarlığa dəstək olan Bank, pozitiv dinamikanı davam etdirərək bütün istiqamətlər üzrəartım nümayiş etdirib.
Belə ki, hesabata əsasən ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 12,8 dəfədən çox artararq 15,6 mln.manat, xalis faiz mənfəəti 1,7 dəfə artaraq 29 milyon manat, xalis əməliyyat mənfəəti isə 4,4 dəfədən çox artaraq 27,3 milyon manat təşkil etmişdir.

1 oktyabr 2019-cu il tarixinə bankın aktivləri 1,3 milyard manat təşkil edibki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39% çoxdur. Eyni zamanda, Bankın məcmu kapitalı 45,8%, depozit portfeli 44,8%,kredit portfeli 52 %artıb.

"Bütün sahələr üzrə əldə etdiyimiz pozitiv maliyyə göstəriciləridaha öncə olduğu kimi,üçüncü rübdə də Bankın, uğurlu fəaliyyət göstərdiyini təsdiq edir. Qeyd etmək istərdim ki, biz ölkə iqtisadiyyatının drayveri rolunu oynayan real sektora  xüsusi önəm veririk.Təsadüfi deyil ki, Bankın kredit portfelinin 70% -dən çoxu bilavasitə ölkədə sahibkarlığın maliyyələşdirilməsinə yönəldilən kreditlər təşkil edir.

Bank Respublikanın  effektiv, müştəri yönümlü, yüksək texnoloji bir banka transformasiyasını nəzərdə tutan uzunmüddətli strateji hədəflərimizi həyata keçirərək, biz planlaşdırılmış maliyyə göstəricilərinə nail oluruq. Gələcək üçün bizim iddialı planlarımız var və mən əminəm ki, yüksək ixtisaslı peşəkar komandamız sayəsində bütün qoyulan hədəflərə müvəffəqiyyətlə nail olacağıq” deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol