Unibank 2019-cu ilin 3-cü rübünü mənfəətlə başa vurub

"Unibank” KB ASC
2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2019-cu
il tarixə bankın əldə etdiyi mənfəət 66,8 milyon manat təşkil edib. Bu ilin 9
ayının nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 46
milyon manat olub.
Hesabat dövrünə "Unibank”da əksər sahələr üzrə -
kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə
artım qeydə alınıb. 2019-ci ilin 3-cü rübündə də bankda aktiv kreditləşmə
müşahidə olunub. İlin ilk 9 ayının nəticələrinə görə, ümumi kredit portfeli 25
milyon manat, yəni 5%-dək artıb. Bununla da ümumi kredit portfeli 492,9 milyon
manat olub. Bank tərəfindən real sektorun kreditləşdirilməsində də artım var.
Artım həm kiçik, orta sahibkarlığın maliyyələşdirilməsi, həm də mikrokreditləşmə
üzrə baş verib.
Ölkə bankçılıq tarixində ilk dəfə olaraq biznes
kreditlərinin onlayn verilməsini həyata keçirən Unibank, kreditin dəqiqələr ərzində
və banka gəlmədən əldə edilməsini təmin etməklə, sahibkarlara dəstəyini bir qədər
də artırıb. Təkcə onlayn formada ayrılan kreditlərin sayı son 1 il ərzində
100-ü keçib. Yaxın aylar ərzində Unibank real sektorun kreditləşməsinin
xeyli hissəsini onlayn formada həyata keçirməyi planlaşdırır.
"Unibank”ın depozit portfeli də 9 ay ərzində
böyüyüb. 30 sentyabr 2019-cu il tarixinə müddətli əmanətlər üzrə depozit
portfelinin artımı 17%-i ötüb. Həmin tarixə depozit portfelinin həcmi 340
milyon manata çatıb.
Unibank ölkədə
nağdsız ödənişlərin tətbiqində ən aktiv banklar sırasında qalmaqda davam edir.
2019-cu ilin əvvəlindən 30 sentyabr tarixinədək təkcə debet kartların sayında
21% artım qeydə alınıb.
Sosial layihələr bu il ərzində də "Unibank”ın diqqət
mərkəzində olub. Bank 2020-ci ilədək Azərbaycan Milli Paralimpiya Komitəsinin
Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. İndiyədək
Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd
lisenziyadan ikisi məhz "Unibank”ın dəstək verdiyi paralimpiya komandası tərəfindən
qazanılıb.
Unibank- hər kəsin bankı!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























