• $
  • €
  • ₽
  • ₺
  • £

BP-dən elan: Azərbaycanda neft-qaz hasilatı yenə də azalıb

BP-dən elan: Azərbaycanda neft-qaz hasilatı yenə də azalıb
15.08.2014 20:54
BP şirkəti Azərbaycanın Xəzərdəki Azəri-Çıraq-Günəşli yataqlar blokunda neft hasilatının azaldığını açıqlayıb.Virtualaz.org saytı bu barədə “Röyter”ə istinadən xəbər verir.Agentlik “BP-Azerbaijan” şirkətinin bu ilin birinci yarımilinə dair hesabatına istinadən bildirir ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilat sutkada orta hesabla 656 min barrel təşkil edib. Ötən ilin birinci yarısında isə hasilat orta hesabla sutkada 672 min barrel idi.“Röyter” xatırladır ki, BP ilin əvvəlində hasilatın ötən ilə nisbətən aşağı ola biləcəyinə dair xəbərdarlıq etmişdi və bunu qoyularda planlaşdırılan texniki profilaktika işləri ilə əlaqələndirmişdi. Lakin agentlik hazırda hasilatın pay bölgüsü sazişinin şərtlərinə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neftin çox hissəsinin Azərbaycanın payına düşdüyü bir vaxtda hasilatın durmadan azalmasının Bakını narahat etdiyini bildirir.“Röyter” xatırladır ki, 2012-ci ildə prezident İlham Əliyev BP-ni hasilatı qəsdən azaltmaqda və bilərəkdən səhv proqnoz verməkdə günahlandırmışdı.“BP-Azerbaijan” şirkəti operatoru olduğu digər iri layihə - “Şahdəniz” qaz yatağında hasilatın həcmi barədə də məlumat yayıb. Məlumatda deyilir ki, 2014-cü ilin I yarısında “Şahdəniz” yatağında 4,75 milyard kubmetr qaz və 1,12 milyon ton kondensat hasil edilib. Qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,04%, kondensat hasilatı 11,1% azalıb.Hesabat dövründə orta sutkalıq hasilat 26,2 milyon kubmetr qaz və 49 757 barrel kondensat olub.“Şahdəniz” yatağı istismar ediləndən 30 iyun, 2014-cü ilə kimi 52,7 milyard kubmetr qaz və 13,6 milyon ton kondensat hasil edilib. “BP-Azerbaijan”ın məlumatına görə, hazırda “Şahdəniz” yatağının hasilat sisteminin maksimal gücü sutkada 27,35 milyon kubmetr qaz və 55 min barrel kondensatdır. 2013-cü ildə “Şahdəniz” yatağında 9,8 milyard kubmetr qaz və 2,48 milyon ton kondensat çıxarılıb. Hələlik hasilatın piki 2013-cü ilin payına düşür.İndiki azalma cüzidir və yəqin ki, II yarımildə vəziyyət sabitləşəcək. Amma göründüyü kimi, qaz-kondensatla bağlı məsələ ciddidir.Qeyd edək ki, Azərbaycanda BP-nin başçılıq etdiyi layihələrdə hasilatın son illərdə davamlı şəkildə azalması sənaye artımına da mənfi təsir edir. Bununla belə qeyri-neft sektorunda sürətli artım baş verir və nəticədə ölkə iqtisadiyyatının ümumi artım tempi müsbət olaraq qalır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol