• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsinə nəzarəti necə gücləndirmək olar?

Dövlət büdcəsinə nəzarəti necə gücləndirmək olar?
29.05.2020 07:50
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Hesablama Palatasının büdcə proqnozlarının əsaslığının gücləndirilməsi üçün fiskal şuraların yaradılması təklifini şərh edib.

Deputat Oxu.Az-a açıqlamasında deyib ki, Hesablama Palatası 2020-ci ilin büdcə zərfinə münasibətdə 30-a yaxın təklif və tövsiyə ilə çıxış edib.
Onun sözlərinə görə, Palatanın aşkarladığı qüsurlar obyektiv yanaşmadır, dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib ki, fiskal şuraların əsas fəaliyyəti dövlətə digər icra strukturu ilə yanaşı, alternativ büdcə qiymətləndirmələrinin, həmçinin, makro-fiskal proqnozlaşdırmanın aparılması və müvafiq hesabatların təqdim edilməsidir.

Qurumun mövqeyinə görə, fiskal şuralar dövlətin ictimai maliyyə sahəsində qəbul edəcəyi qərarın etibarlılıq dərəcəsini yüksəldər.
Bildirilib ki, belə bir institutun yaradılması büdcə şəffaflığı və hesabatlılığı işinə mühüm töhfə hesab edilir.

"Hesablama Palatası olaraq Fiskal Şuranın yaradılmasını ölkədə gedən fiskal islahatların dinamikliyini nəzərə alaraq bu işin büdcə proseslərinə əhəmiyyətli töhfə verəcəyini hesab edirik”, - deyə Palatanın rəyində qeyd olunub.

Ə.Məsimli söyləyib ki, Hesablama Palatası Maliyyə Nazirliyinin və digər aidiyyəti qurumların öz fəaliyyətində nəzərə alınması çox zəruri olan təklif və tövsiyələr hazırlayıb.

Deputatın fikrincə, onların xeyli hissəsi büdcə prosesində nəzərə alınmalıdır.
"Fiskal şuralar yaradılması kimi təklif və tövsiyələrin reallaşdırılması büdcə prosesində vəsaitlərdən istifadənin nəticəli olmasına və şəffaflığın artırılmasına müsbət təsir edə bilər”.

Fiskal şura nədir?

Fiskal şura dünya təcrübəsində büdcə proqnozlarının əsaslılığının gücləndirilməsi ilə bağlı tətbiq edilən yanaşmadır. Fiskal şuraların fəaliyyətinin təmin edilməsi də müsbət nəticələrə gətirib çıxarır.

Belə ki, sistemli böhranın əsas maliyyə nəticələri mövcud makrofiskal proqnozlaşdırma institutunun, bu sahədə təhlillərin və ümumən büdcə parametrlərinin daha geniş və müxtəlif ssenarilər üzrə qiymətləndirilməsi işinin təkmilləşdirilməsini aktual zərurətə çevirdi.

Bu məqsədlə, atılan addımlardan biri fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı, alternativ makroiqtisadi, o cümlədən, büdcə parametrlərinin (o cümlədən, fiskal risklərin) geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların  yaradılması idi.
Büdcəyə nəzarətin gücləndirilməsi

Parlamentari Ə.Məsimli büdcəyə nəzarət mexanizmlərindən də söz açıb. O bildirib ki, bu zamana qədər tənqid edilən məsələlərin bir hissəsi Hesablama Palatasının rəyində də öz əksini tapıb.

"Palatanın rəyində dövlət proqramlarının, həmçinin, icraçı qurumlar tərəfindən təqdim olunan məlumatların təhlili öz əksini tapıb.
Təhlil göstərir ki, əksər hallarda dövlət proqramının məqsədi, proqramda nəzərdə tutulan tədbirlər, onların hədəf göstəriciləri dövlət büdcəsinin xərcləri ilə əlaqələndirilməyib.

Başqa sözlə, tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsaitlərin alınması ilə bağlı icraçı qurumlar tərəfindən verilən təkliflər əksər hallarda ümumi şəkildə əsaslandırılmayıb. Konkret hədəflər müəyyən olunmayıb. Hesab edirik belə hallar şişirtmələrə yol açır”.

Ə.Məsimlinin fikrincə, əgər aidiyyəti qurumlar Hesablama Palatasının rəyindəki bu cür məqamları öz fəaliyyətlərində nəzərə alsalar, büdcəyə nəzarət mexanizminin effektivliyini artırmaq üçün müəyyən addım atılar.

"Əgər nəzərə alınmayacaqsa, onda, deməli, bu sahədə irəliləyişin olması üçün əlavə tədbirlər görmək lazımdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol