2 yeni su anbarı tikiləcək - Azərbaycanda

Ucar rayonunun Rəstəcə kəndində hər birinin tutumu 6 min kubmetr olan 2 su anbarı tikiləcək.Rayon su-kanal idarəsindən AzərTAc-a bildiriblər ki, artıq inşasına başlanılan və gələn il istifadəyə veriləcək hər iki anbar Ağsu rayonunun Külüllü su mənbəyindən çəkilən magistral kəmər vasitəsilə doldurulacaq. Anbarın suyundan Ucar şəhərinin, habelə Rəstəcə və Qarabörk kəndlərinin sakinləri istifadə edəcəklər.Anbarların tikintisi “Azərinşaat TT” MMC tərəfindən aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























