Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar bu rayonlarda verilir - RƏSMİ

Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 281 min 993 nəfər pensiyaçı olub.
Paytaxt Bakıda orta aylıq pensiya məbləği 332 manat 96 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilan rayonunda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 236 manat 9 qəpik olub. Zəngilan rayonundan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Xızı (231,9 manat), Şirvan (229 manat), Şuşa (227,2 manat), Siyəzən (222,6 manat) və Sumqayıt (220,2 manat) ilk sırada yer alıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























