Bank Respublika müştərilərinə vergi sahəsində pulsuz xidmət göstərəcək!

Sahibkarlıq
fəaliyyətilə məşğulsunuz və vergi məsələləri ilə bağlı sullarınıza cavab
axtarırsınız? Hesabatların hazırlanmasında çətinlik çəkirsiniz? Əgər Siz "Bank
Respublika”nın müştərisinizsə, narahat olmağa dəyməz!
Çünki, ölkəmizdə sahibkarlığın inkişafına böyük töhfə verən Bank Respublika, yeni qeyri-maliyyə xidməti ilə iş adamlarına dəstək olacaq. Belə ki, bank sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərilərini vergi sahəsində maarifləndirmək məqsədilə PULSUZ - "Vergi konsultantı” xidmətini təqdim etdi.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook
səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Çünki, ölkəmizdə sahibkarlığın inkişafına böyük töhfə verən Bank Respublika, yeni qeyri-maliyyə xidməti ilə iş adamlarına dəstək olacaq. Belə ki, bank sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərilərini vergi sahəsində maarifləndirmək məqsədilə PULSUZ - "Vergi konsultantı” xidmətini təqdim etdi.
Artıq,
Bankın müştərisi olan sahibkarlar "Bank Respublika”nın 144 - Çağrı Mərkəzinə zəng
edərək vergi məsələləri ilə bağlı bütün suallarına cavab tapa biləcək! Bundan
başqa, Bankın peşəkar əməkdaşları tərəfindən iş adamlarına vergi hesabatlarının
hazırlanmasında da təmənnasız dəstək göstəriləcək.
Bankdan verilən məlumata əsasən, sahibkarların maarifləndiirlməsi və
təmənnasız olaraq qeyri-maliyyə
xidmətlərinin göstərilməsi Bank Respublika üçün prioritet olan fəaliyyətlərdən
biridir. Bank bundan sonra da davamlı olaraq müxtəlif layihələr həyata keçirərək,
sahibkarlarla
sadəcə müştəri münasibətləri deyil, eləcə də əsl partnyor münasibətləri qurmağa
davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























