Unibank gücləndirilmiş iş rejiminə keçib

"Azərbaycan Respublikasında fiziki şəxslərin
problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”
Prezident fərmanının restrukturizasiya hissəsini daha sürətli və keyfiyyətlə
icra etmək məqsədilə, Unibank filialları gücləndirilmiş iş rejiminə keçib. Bu həftədən
etibarən bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejiminə keçməklə
yanaşı, bazar günləri də müştərilərə xidmət edəcək. Şənbə günü "Sumqayıt”, "Dərnəgül” filialları, "Aquapark” məntəqəsi
(Bankın baş idarəsinin yanı) və Region filialları Unibank müştərilərinin xidmətində
olacaq. Filiallar səhər saat 10.00-dan 14.00-dək adi iş rejimində,
14.00-18.00-da isə yalnız restrukturizasiya ilə bağlı xidmət göstərəcək.
Problemli kreditlərini restrukturizasiya etmək istəyən
müştərilər, bazar günləri də saat 10:00-dan 18:00-dək "Unibank”ın "Sumqayıt”, "Dərnəgül” filialları, "Aquapark” məntəqəsi və Region
filiallarına müraciət edə bilərlər. Bu filiallar gün ərzində müştərilərə xidmət
edəcək.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli
ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci
il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri
üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin
restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər
müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə
verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan
başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir.
Restrukturizasiya prosesi nəticəsində müştəriyə hesablanmış bütün cərimə və
faiz borcları silinir, müştərinin aylıq kredit ödənişi 3-4 dəfəyədək azalır və kredit
tarixçəsi müsbətə dəyişir.
Qeyd edək ki, Prezident fərmanına uyğun olaraq, Unibank
müştərilərinin bir hissəsinin kreditləri artıq restrukturizasiya edilib.
Unibank- hər kəsin bankı!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























