“Mobil Şöbə 3.0” ilə xarici bankların kartlarına pul köçürmək mümkün oldu

Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan Bank
Respublika, müştəriləri üçün "Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş
versiyasını təqdim etdi.
Tətbiqin 3.0 versiyası tamamilə yeni interfeys və mobil əlavə ilə işləmə
prosesini daha rahat, daha sürətli və daha səmərəli edən istifadəçi təcrübəsinə
dayanaraq hazırlanıb.
Bununla yanaşı, "Mobil Şöbə 3.0” əlavəsi Bank Respublika müştərilərinə
eləcə də, Bankın müştərisi olmayanlar üçün tamamilə yeni imkanlar yaradan bir
sıra xidmətlər və həllər təqdim edir. Bunlar: vəsaitlərin xarici bankların
kartına köçürülməsi, üçüncü tərəflərin bank kartlarının əlavə edilməsi, bankın
müştərisi olmayanların qeydiyyatı, hesabdan çıxarışlarda tranzaksiyaların yeni
axtarış sistemi və s.
"Mobil Şöbə 3.0” əlavəsi
komandamızın kreativ düşüncə və dizayn təcrübəsini özündə cəmləşdirən 100% Azərbaycan
məhsuludur. "Mobil Şöbə”nin yeni versiyasının hazırlanması zamanı xarici təcrübə
öyrənilmiş, istifadəçilərimizin rahatlığına və funksionallığa xüsusi diqqət
yetirilib. Müştəriləmizə, özümüzün də məmuniyyətlə istifadə edə biləcəyimiz
bank məhsulunu təqdim edə bilmək bizim üçün prioritet məqsəd idi. İnanıram ki, biz
bu məqsədə çatdıq, bu baxımdan peşəkarlardan ibarət kollektivimizə səmimi təşəkkürümü
bildirmək istəyirəm. Gələcəkdə Bank rəqəmsal kanalları fəal şəkildə inkişaf
etdirməyə və müştərilərə bazarımıza xas olmayan yeni texnoloji həlləri təqdim
etməyə davam edəcək ", deyə "Bank Respublika”nın darə Heyətinin sədri Tariyel
İsmayılov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























