• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-ın yeni strateji inkişaf planı təsdiqləndi

AccessBank-ın yeni strateji inkişaf planı təsdiqləndi
24.12.2019 17:51
AccessBank-ın 2020-2022-ci illər üzrə strateji inkişaf planı təsdiqlənib.

Anews.az-ın verdiyi məlumata görə, sənəd 3-4 dekabr tarixlərində keçirilən Müşahidə Şurasının iclasında müzakirə olunub. Bundan sonra üçillik strateji inkişaf planı dekabrın 5-də baş tutan səhmdarların növbədənkənar yığıncağında təsdiqlənib.

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, sənədə əsasən, biznesin həcminin genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.

"AccessBank-ın əsas maliyyə göstəriciləri inamlı artım nümayiş etdirir. 2019-cu ilin noyabr ayında bankın xalis mənfəəti 3 milyon manat təşkil edib ki, bu da bizim gözləntilərimizi üstələyib.
 
Eyni həcmdə mənfəətin əldə olunmasını dekabr ayı üçün də proqnozlaşdırırıq. Bununla yanaşı, AccessBank 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır. Ümumilikdə, gələn ilə olduqca böyük optimizmlə baxırıq. Bankımız mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində lider mövqeyini qoruyur.
 
Əhali tərəfindən AccessBank-a göstərilən etimad yüksək olaraq qalır ki, geniş və artan əmanətçi bazamız bunun bariz nümunəsidir. Əsas biznes proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırmanın yüksəldilməsi və özünəxidmət zonalarının genişləndirilməsi ilə bağlı həyata keçirdiyimiz bir sıra layihələr hədəflərimizə çatmaq üçün əsas amillər olacaq", - sədr qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol