• $
  • €
  • ₽
  • ₺
  • £

"Beynəlxalq Bank"ın IBA Tech Akademiyasının - İLK BURAXILIŞI OLDU

"Beynəlxalq Bank"ın IBA Tech Akademiyasının - İLK BURAXILIŞI OLDU
25.12.2019 16:31
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının ilk buraxılışı olub. Bu münasibətlə Bakı Konqres Mərkəzində "Məzun  günü” mərasimi keçirilib və məzunlara müvəffəqiyyət sertifikatları təqdim olunub.

Akademiyanın sosial layihə kimi təşkil etdiyi ilk intensiv proqramlaşdırma kurslarında ümumən 90 tələbə ödənişsiz təhsil alaraq uğurla məzun olub. Onlardan 46 nəfəri IBA Tech Akademiyasını Frontend, 44 nəfəri isə Backend ixtisası üzrə bitirib.

Mərasimdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın ölkəmizin biznes mühitində bir ilk olan bu sosial layihəsinin böyük ictimai rəğbətlə qarşılandığını bildirib: " Bu, onu göstərir ki, ölkəmizin bu günü və gələcəyi üçün faydalı bir işə başlaya bilmişik. Bundan böyük qürur duyuruq. Başlanğıc bizim üçün çox uğurlu oldu. IBA Tech Akademiyası ilk çağırışından bu qədər istedadlı gəncimizi bir araya gətirdi. Gələn ildən yeni proqramlarımızla öz missiyamıza davam edəcəyik. Məqsədimiz Azərbaycanın əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacların qarşılanmasına kömək göstərmək, ölkəmizin innovativ inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, layihənin icrasında Azərbaycan Beynəlxalq Bankına İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. IBA Tech Akademiyasının yeni qəbul proqramları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol