Azərbaycan Beynəlxalq Bankı SWIFT gpi sisteminə qoşuldu

Beynəlxalq əlaqələrini daim inkişaf etdirən Azərbaycan
Beynəlxalq Bankı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti
(SWIFT) ilə tərəfdaşlıq çərçivəsində müştərilərinə daha bir imkan yaradıb.
Bank SWIFT-in qlobal ödənişlərdə tətbiq etdiyi yeni
inkişaf standartlarından olan SWIFT gpi sisteminə qoşulub. Bu sistem beynəlxalq
köçürmələr zamanı fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər
üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı
verir. Bu isə ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını
təmin edir.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad
İslamov bu yeniliyin beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük
üstünlük olduğunu bildirib: "Müştərilərin
öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait
sərf etmələrinə, vaxt itirmələrinə gərək yoxdur. Müasir bankçılıq həllərindən
olan SWIFT gpi sistemi beynəlxalq hesablaşmaları müştərilərimiz üçün
asanlaşdırır. Yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankının
müştəriləri bu sistemin yeni imkanlarından da istifadə edə biləcəklər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























