• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-da karyera qurmaq şansını qaçırma!

AccessBank-da karyera qurmaq şansını qaçırma!
27.12.2019 23:20
AccessBank-da uğurlu karyera qurmaq arzusundasınız? Yüksəkixtisaslı kadra və öz sahənizin mütəxəssisinə çevrilmək istəyirsiniz? O zaman "Access Bankirlər Məktəbi"nin yeni mövsümünə qatılmaq şansını qaçırmayın!
 
12 həftə davam edəcək layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır.
 
Layihə çərçivəsində iştirakçılar bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.
 
Namizədlərə qarşı tələblər:
 
•          Ən azı bakalavr dərəcəsi
•          Komandada işləmək bacarığı
•          Analitik təfəkkür
•          AccessBank-da karyera qurmaq istəyi
•          Bankın regional filiallarında işləmək istəyi və imkanı
•          Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
•          İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.
 
Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:
 
•          Unikal peşəkar inkişaf imkanı
•          Təlim müddətində zəmanətli əməkhaqqı
•          Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
•          Bankımızda karyera yüksəlişi
 
"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 31 yanvar 2020-ci il tarixinədək qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol