• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırıla bilər

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırıla bilər
07.08.2014 15:12
Bakının Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyula bilər.“Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, bəzi sürücü və obyekt sahibləri prospektdə həyata keçirilən yenidənqurma işlərinə ciddi şəkildə maneələr yaradır. “Biz Böyükşor gölündən Atatürk prospektinin kəsişməsinədək üçqat asfalt-beton örtüyü işlərini yerinə yetirmişik. Hazırda aşınma qatını vurmaq istəyirik. Amma bu heç cür mümkün deyil. Çünki, bəzi sürücülər avtomobilləri yolun hərəkət hissəsində - yolun sol, sağ, hətta ortasında saxlayır. Bundan başqa, ərazidə yerləşən ticarət obyektlərinin sahibləri tikinti materiallarını yolun hərəkət hissəsində satırlar. Alternativ yol təşkil olunsa da, bəzi sürücülər yolun əks istiqamətinə çıxaraq Böyükşora gedən yolla hərəkət edən nəqliyyat vasitələrinə mane olur. Nəticədə sıxlıq yaranır. Artıq vəziyyət pik həddə çatıb. Bütün bunlar ərazidə təmir işləri aparmağa mane olur”, - deyə P. Mürsəliyev vurğulayıb. Bunları əsas gətirən P. Mürsəliyev qeyd edib ki, “Azeryolservis” həmin ərazidə yerləşən obyekt sahiblərinə və sürücülərə sonuncu dəfə xəbərdarlıq edib: “Xəbərdarlığa əməl olunmasa, Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacaq”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol