• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyaların nə qədər artacağı və nə vaxt veriləcəyi tarix bilindi

Pensiyaların nə qədər artacağı və nə vaxt veriləcəyi tarix bilindi
03.01.2020 19:54
"Əmək pensiyaları haqqında” qanunun tələblərinə əsasən Azərbaycanda hər ilin əvvəlindən etibarən əmək pensiyalarının məbləğinə yenidən baxılır.

Hokm.az xəbər verir ki, 2018-ci ildən etibarən əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir.

Bildiyiniz kimi, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı.
 
2018-ci ildən etibarən isə əmək pensiyaları  Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir. 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artığı üçün 2018-ci ilin əvvəlində əmək pensiyaları da 5,7% artırılıb. 2018-ci il ərzində isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilə nisbətən 3% artığı üçün ötən ilin əvvəlində əmək pensiyaları 3% artırılıb. Yəni ötən ilin əvvəlində 200 manat pensiya alan şəxslərin pensiyasında 6 manat artım olub.

Dövlət Statistika Komitəsi yola saldığımız 2019-cu ilin ilk 10 ayı üçün orta aylıq nominal əməkhaqqının artım tempini açıqlayıb. 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı 13,7% artıb. Ötən ilin son 2 ayında da orta aylıq nominal əməkhaqqında ciddi dəyişiklik olmazsa, bu ilin yanvar ayının 1-dən etibarən pensiyalrda 13-14% həddində artım olacağı gözlənilir.

Onu da bildirək ki, əmık pensiyalarında nə qədər artımın olacağı barədə dəqiq məlumat fevral ayının ortalarında bilinəcək. Çünki Dövlət Statistika Komitəsi orta aylıq nominal əməkhaqqında qeydə alınan artım tempilə bağlı məlumatları təxminən ay yarımdan sonra açıqlayır. Bu həm də o deməkdir ki, yanvar və fevral aylarının artımlarını təqaüdçülər yalnız mart ayında ala biləcəklər.
 
(Yeniavaz.com)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol