Göygölün Baş planı hazırlanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Göygöl şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.Komitədən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsinin ictimai müzakirəsi avqustun 4-dən etibarən 60 gün müddətində Göygöl şəhərində keçiriləcək.
Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün Göygöl şəhər İcra Hakimiyyətinə müraciət etmək olar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























