• $
  • €
  • ₽
  • ₺
  • £

Qızıl yenidən bahalaşır

Qızıl yenidən bahalaşır
06.08.2014 13:42
Azərbaycanın qızıl-zinət əşyaları bazarında yenidən bahalaşma tendensiyası özünü göstərir. Bir ay bundan öncəyə nisbətən hazırda qızıl əşyalarının qiyməti hardasa 10 faizə qədər qalxıb. Halbuki, Ramazan ayında qızıl-zinət əşyalarının qiymətində az da olsa ucuzlaşma müşahidə olunurdu. Lakin indi vəziyyət dəyişir.Hazırda 750 əyarlıq İtaliya qızılının qiyməti 35-50 manatdır. Türkiyə istehsalı olan 585 əyarlı qızılın bir qramını 25-32 manata almaq olar. 583 əyarlı rus qızılını isə mağazalarda nadir hallarda görmək olar. Araşdırma zamanı məlum olub ki, şəhər sakinləri tərəfindən ən çox tələb olunan 750 əyarlı ağ italyan qızılıdır.Qızılın lom qiymətinə gəlincə, 583 əyarlı rus qızılının lom qiyməti 18 manat, 750 italyan qızılının qiyməti 23 manat, xalis qızılın qiyməti isə 34-35 manat arasında dəyişir.ANN.Az Movqe.az-a istinadən xəbər verir ki, müstəqil iqtisadçı-ekspert Rəşad Həsənov qızıl-zinət əşyalarının bahalaşmasında müxtəlif amillərin rol oynadığını söylədi. Amma bununla belə qeyd etdi ki, prosesdə əsas rolu toy mövsümünün başlanması oynayıb:“Təbii ki, qızıl-zinət əşyalarında bahalaşma tendensiyası gözlənilən idi. Bu da bir neçə müxtəlif səbəblərdən qaynaqlanır. Səbəblərdən biri yay aylarında ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi idi, digəri isə ticarət müəssisələrinin dövriyyəsinin azalması nəticəsində sahibkarların məcbur olub qiymətləri aşağı salması idi. Daha bir səbəb isə Ramazan ayı münasibəti ilə toy mövsümünün dayanması idi.Bildiyiniz kimi, qızıl-zinət əşyalarının alqı-satqısı daha çox toy mövsümündə həyata keçirilir. Bu toyların dayanması səbəbindən qızıl əşyalarının qiyməti son iki ay ərzində ucuzlaşmışdı. Belə bir tendensiya müşahidə olunurdu. Lakin Ramazan ayının başa çatması və gözlənilən toy mövsümünün başlaması sahibkarları yenidən qiymətləri bahalaşdırmağa sövq etdi. Çünki, yenidən tələbat artıb.Başqa bir tərəfdən, son zamanlar dünya bazarında da qızılın qiymətində müəyyən artım meylləri hiss olunmaqdadır. Bu isə hazırda dünya iqtisadiyyatında hökm sürən tərəddüdlər və Avropa-Rusiya münasibətləri, Avropa Birliyinin Moskvaya tətbiq etdiyi sanksiyalar, bu sanksiyaların hər iki tərəfə zərər vermə ehtimalıdır, belə vəziyyət investorları ehtiyatlı yatırımlara getməyə məcbur edir. Belə də onlar daha çox qızıl alışına meyl edir, var-dövlətlərini qızılda saxlamağa üstünlük verir.Bununla əlaqədar olaraq da dünya bazarında qızılın qiymətində bahalaşma tendensiyası hiss olunmaqdadır. Digər səbəb Azərbaycana gələn qızıl əşyalarının böyük qisminin Yaxın Şərq, ərəb ölkələrindən idxalı ilə əlaqədardır. Belə ki, son zamanlar həmin ölkələrdə hökm sürən qeyri-stabil vəziyyət, biznes mühitinin ağırlaşması, sahibkarların bu ölkələrdən qızıl almasında yaranan problemlər, bu dövlətlərdə də qızılın qiymətinin artması son nəticədə hazırda mövcud olan mənzərənin yaranmasına səbəb olur”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol