• $
  • €
  • ₽
  • ₺
  • £

"Signify" Azərbaycana yeni texnologiyalar gətirməyə hazırdır

"Signify" Azərbaycana yeni texnologiyalar gətirməyə hazırdır
29.05.2020 04:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda "Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

"Report" xəbər verir ki, son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən Etik Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edib ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaradır. "Signify” şirkətinin işıqlandırma sahəsində dünya liderlərindən biri olduğunu vurğulayan baş icraçı direktor rəhbərlik etdiyi qurumun ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu qeyd edib.
 
Bildirilib ki, şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin "ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir. Baş icraçı direktor eyni zamanda istər kənd təsərrüfatı sahəsində, istərsə də digər sahələrdə işıqlandırma vasitəsilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını, müvafiq sahədə yeni texnologiyaların ölkəmizə gətirilməsini təmin edə biləcəklərini vurğulayıb.

Görüşdən məmnunluğunu bildirən Prezident İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı eyni zamanda növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol